Nazir: “Davamlı sülh üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir”

Nazir: “Davamlı sülh üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir”
  • Clock-gray 10:26
  • calendar-gray 26 Fevral 2021

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində insanların dinc, birgə yaşayışının tərəfdarıdır. Bu mövqe birmənalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, beynəlxalq hüquq cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir: “Davamlı sülhün təmini üçün Xocalı soyqırımı kimi cinayətləri törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir. Xocalı soyqırımı bizdən ədalət tələb edir. Azərbaycan dövləti Xocalı soyqırımı və digər cinayətləri törədənlərin beynəlxalq səviyyədə ədalət mühakiməsinə cəlb edilməsi üçün lazımı addımları atacaq. Bu, sülhün tərəfdarı olan hər kəsin mövqeyi olmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə səssiz qalmamalı, kənar müşahidəçi kimi çıxış etməməli, prinsipial mövqe sərgiləməlidir”. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər