Nazir: “Əminik ki, ICESCO rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə gördükləri faktlarla bağlı hesabat hazırlayaraq üzv dövlətlərə təqdim edəcək"

Nazir: “Əminik ki, ICESCO rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə gördükləri faktlarla bağlı hesabat hazırlayaraq üzv dövlətlərə təqdim edəcək"
  • Clock-gray 16:45
  • calendar-gray 14 Yanvar 2021

"ICESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrə səfərini əlamətdar və tarixi səfər hesab edirik"

APA-nın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, səfər Azərbaycanla ICESCO arasında əlaqənin daha da möhkəmlənməsinə xidmət edir: "Səfər eləcə də işğaldan azad olunmuş torpaqlarda ermənilərin törətdiklərini beynəlxalq aləmə təqdim etmək məqsədi daşıyır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, tarixi-mədəni abidələrimizin dağıdılması hər zaman ICESCO-nun diqqətində olub".

Nazir qeyd edib ki, ən əsası 44 günlük Vətən Müharibəsi zamanı da ICESCO Azərbaycanın yanında olduğunu göstərib: "Nə Azərbaycan hökuməti, nə də Azərbaycan xalqı bu yaxşılığı unutmayacaq".

"Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmələrlə yanaşı, mədəni təmizləmələr də həyata keçirilib. Bu hadisələr bir daha göstərir ki, bu, insanlığa qarşı cinayətdir. Biz əminik ki, ICESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək", - deyə nazir bildirib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər