Nazir müavini: "İşğal olunmuş ərazilər ekoloji terrora məruz qalıb"

Nazir müavini: "İşğal olunmuş ərazilər ekoloji terrora məruz qalıb"
  • Clock-gray 16:15
  • calendar-gray 07 Aprel 2021

"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru göstərməkdir".

APA-nın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, hazırda Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşələr olub: "İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə erməni işğalçılarının məhv etdiyi ərazilərin miqyasının daha çox olduğu üzə çıxacaq".

F. Əliyev qeyd edib ki, əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir: "Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə ağac əkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq".

Səlcuq Elçin

Digər xəbərlər