Ömer Çelik: "Fransa parlamentinin Qarabağ haqqındakı qərarının heç bir hüquqi əsası yoxdur"

Ömer Çelik: "Fransa parlamentinin Qarabağ haqqındakı qərarının heç bir hüquqi əsası yoxdur"
  • Clock-gray 20:32
  • calendar-gray 08 Dekabr 2020

"Fransa parlamentinin Qarabağ haqqındakı qərarının heç bir hüquqi əsası və hökmü yoxdur".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik media nümayəndələri ilə görüşündə belə bildirib:

"Qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq oradakı işğala, terrora dəstək vermək deməkdir. Bu, BMT qərarlarına da zidddir", - deyən Ö.Çelik bildirib ki, bununla Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrliyində bitərəf olmadığını da sübuta yetirib: "İndiyədək Fransadan Qarabağın Azərbaycana məxsus olmasına, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsinə aid bir açıqlamasını görmədik. Fransanın verdiyi qərar simvolik xarakter daşısa da, təxribat yaratmaq məqsədi güdür.

Eyni davranış Şərqi Aralıq Dənizində Türkiyəyə qarşı da atılır. Emmanuel Makron bəzi dövlətləri Türkiyə əleyhinə qaldırmağa çalışır. Bu, son dərəcə radikal bir yanaşmadır və Fransa kimi köklü bir dövlətə layiq hərəkət deyil".

Sevil Ünal Hilalqızı

Digər xəbərlər