Pakistan səfiri: "Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”

Pakistan səfiri: "Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”
# 15 oktyabr 2020 19:14 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində mülki əhalini hədəf almasından narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.

“Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki insanların hədəfə alınması son dərəcə narahatedicidir. Pakistan Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq humanitar hüququ pozan Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”, - deyə diplomat qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR