Polşa XİN: Tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırırıq

Polşa XİN: Tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırırıq
# 27 sentyabr 2020 16:17 (UTC +04:00)

Polşa Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlıq ifadə edib, Azərbaycan və Ermənistanı münaqişəni diplomatik yolla həll etməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Polşa XİN-in “Twitter” səhifəsində bildirilib.

“Polşa XİN Dağlıq Qarabağ regionunda hərbi toqquşmalar haqqında məlumatlardan dərin narahatdır. Tərəfləri döyüşləri dayandırmağa, de-eskalasiyaya və Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırırıq”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR