Prezident: “Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO

Prezident: “Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
  • Clock-gray 13:56
  • calendar-gray 27 Fevral 2021

“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir: “Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülüb. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də dəfələrlə demişəm. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilib. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə bizim erməni əsirlərlə davranışımız bunu bir daha göstərir”. 

apa-logo-mini

Digər xəbərlər