Prezident: “Ermənistan ərazisindən Gəncəyə təşkil edilən o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər”

Prezident: “Ermənistan ərazisindən Gəncəyə təşkil edilən o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər”
# 15 oktyabr 2020 18:01 (UTC +04:00)

“İndidən bir şey söyləmək istəməzdim. Çünki mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib durum yetişməlidir. Bunun nə zaman olacağını biz deyə bilmərik. Olacaqmı-olmayacaqmı, deyə bilmərik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində “Məsələn, Türkiyə və Rusiyanın Suriyada bəlli bölgələrlə bəlli işbirliyi var. Hərbi heyətlər, müşahidəçilər patrul xidməti göstərir. Bəlkə irəli bir tarixdə önünüzə belə bir formul gəlsə, nə deyərsiniz” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, amma bir şey dəqiqdir ki, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalq cəhdlər də olmalıdır: “Bu cəhdlər hansı cəhdlər olacaq? Siyasi cəhdlər olacaq, yaxud hərbi sahədə hansısa təkliflər olacaqsa, bunu biz nəzərdən keçirməyə hazırıq. Təbii ki, azad edilmiş bölgələrə qayıdacaq Azərbaycan əhalisi orada sülh şəraitində yaşamalıdır, onların təhlükəsizliyi təmin edilməlidir. Ermənistan ərazisindən Gəncə şəhərinə təşkil edilən o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, beynəlxalq müstəvidə bu məsələ müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilmərik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR