Prezident İlham Əliyev: "Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik"

Prezident İlham Əliyev: "Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik"
  • Clock-gray 17:03
  • calendar-gray 26 Oktyabr 2020

“Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılsın”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirilb.

Prezident qeyd edib ki, bu torpaqları bizim əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına azad edirik. “Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq. Bax yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti xalqa müraciətini bu sözlərlə tamamlayıb: “Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

apa-logo-mini

Digər xəbərlər