Prezident İlham Əliyev: “Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik?”

Prezident İlham Əliyev: “Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik?”
# 04 noyabr 2020 10:14 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev üç atəşkəsin pozulmasında Ermənistanın günahkar olduğunu bəyan edib.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı: “Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR