Prezident İlham Əliyev: “Bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”

Prezident İlham Əliyev: “Bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”
# 03 oktyabr 2020 11:23 (UTC +04:00)

“Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə deyib.

Prezident İlham Əliyev bildirib ki, onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər: “İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR