Prezident İlham Əliyev: "İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı İtaliya tərəfinə təkliflər verilib"

Prezident İlham Əliyev: "İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı İtaliya tərəfinə təkliflər verilib"
# 07 dekabr 2020 17:07 (UTC +04:00)

"İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Sizin Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb. Cəbrayıl, Zəngilan, Qubadlı eyni vəziyyətdədir".

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə danışıb.

Gəncəyə və Ağdama səfər etdiklərinə görə qonaqlara minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: “İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, əsl dostluq özünü çətin anlarda göstərir. “Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR