Prezident İlham Əliyev qışda da döyüşlərin davam edib-etməyəcəyinə münasibət bildirib

Prezident İlham Əliyev qışda da döyüşlərin davam edib-etməyəcəyinə münasibət bildirib
# 09 noyabr 2020 13:04 (UTC +04:00)

“Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qışda da döyüşlər gedəcək?” sualına cavabında deyib.

“Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalıyam”, - deyə jurnalist bildirib.

“Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması”, - deyə dövlət başçısı vurğulayıb.

Daha sonra jurnalist “Beləliklə, o, Dağlıq Qarabağı da Sizə verməlidir?” sualını Prezident İlham Əliyevə ünvanlayıb.

“O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir. Geri qayıtmasına. Şuşaya”, - deyə Azərbaycan Prezidenti bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR