Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"
# 21 oktyabr 2020 20:19 (UTC +04:00)

Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR