Prezident: "Xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazırıq"

Prezident: "Xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazırıq"
# 20 noyabr 2020 12:37 (UTC +04:00)

“Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR