Prezidentin köməkçisi: ““Human Rights Watch” dəvətimizi qəbul edib, “Amnesty International”dan isə hələ cavab almamışıq”

Prezidentin köməkçisi: ““Human Rights Watch” dəvətimizi qəbul edib, “Amnesty International”dan isə hələ cavab almamışıq”
  • Clock-gray 15:32
  • calendar-gray 29 Oktyabr 2020

“Azərbaycan “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına dəvət göndərib. Onların nümayəndələri Azərbaycana gəlməli və Ermənistanın xüsusilə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini yerində qiymətləndirməlidirlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. 

“Artıq biz öyrəndik ki, “Human Rights Watch” bizim dəvətimizi qəbul edib. Qarşıdakı yaxın günlərdə "Human Rights Watch”ın nümayəndə heyəti Azərbaycana gələcək. Lakin “Amnesty International”dan hələ ki cavab almamışıq”, - deyə Prezidentin köməkçisi qeyd edib.

O, digər başqa beynəlxalq təşkilatlara da Azərbaycan tərəfindən müraciətlərin edildiyini vurğulayıb: “Onlar Azərbaycana gəlib Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətləri görə bilərlər”.

Zümrüd Paşkin

Digər xəbərlər