Prezidentin köməkçisi: “İstəyərdik ki, Ermənistan ictimaiyyəti hakimiyyətlərindən itkilərin sayının açıqlanmasını tələb etsin”

Prezidentin köməkçisi: “İstəyərdik ki, Ermənistan ictimaiyyəti hakimiyyətlərindən itkilərin sayının açıqlanmasını tələb etsin”
# 16 iyul 2020 14:56 (UTC +04:00)

"Ermənistan silahlı bölmələri ötən gecə təxribata əl atıblar”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən zəruri addımlar atılır, düşmənə layiqli cavablar verilir: “Digər tərəfdən, Ermənistan ATƏT-in Minsk Qrupuna yalvararaq atəşin dayandırılmasını xahiş edir, nisbi sakitlik olanda isə yenidən atəşkəsi pozur. Ermənistan ictimaiyyətinin hərbi avantüraya görə verilmiş itkilərin sayının açıqlanmasını hakimiyyətlərindən tələb etməsini istəyərdik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR