Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü barədə Ərdoğanı məlumatlandırıb

Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü barədə Ərdoğanı məlumatlandırıb
# 13 yanvar 2021 16:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Rusiyaya dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətdə, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR