Putin və Merkel Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Putin və Merkel Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
  • Clock-gray 16:50
  • calendar-gray 07 Dekabr 2020

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Kremlin saytına istiandən verdiyi xəbərə görə, Rusiya Prezidenti və Almaniya Kansleri telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

V. Putin hərbi əməliyyatlara son qoyulması üçün Rusiyanın vasitəçilik səyləri, həmçinin təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın razılığı ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə A. Merkeli məlumatlandırıb. 

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 9 noyabr tarixli bəyanatında təsbit olunmuş bəndlərin ardıcıl şəkildə həyata keçirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verdiyi vurğulanıb.

Hərbi əməliyyatların təsirindən əziyyət çəkmiş əhalinin problemlərinin təcili həll edilməsinin vacibliyi vurğulanıb. Liderlər bu baxımdan, Rusiyanın yaratdığı Humanitar Mərkəzin fəaliyyətinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd ediblər.

Rusiya Prezidenti və Almaniya kansleri ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığın davam etdirlilməsi barədə razılaşıblar.

Telefon danışığı zamanı Ukrayna münaqişəsi də müzakirə olunub.

Zümrüd Paşkin

Digər xəbərlər