Qazaxıstan Prezidenti: “Dağlıq Qarabağ münaqişəsi MDB-də siyasi əməkdaşlıq atmosferini zəhərləyirdi”

Qazaxıstan Prezidenti: “Dağlıq Qarabağ münaqişəsi MDB-də siyasi əməkdaşlıq atmosferini zəhərləyirdi”
# 18 dekabr 2020 14:05 (UTC +04:00)

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı saziş mövcud böhranlı vəziyyətdə yeganə doğru verilmiş qərardır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, bu tarixi sazişin regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcəyinə ümid etdiyini söyləyib: “Mahiyyətcə, postsovet məkanında münaqişə ocağı söndürülüb. Hansı ki, bu münaqişə ocağı mövcud olduğu illər boyu MDB-də siyasi əməkdaşlıq atmosferini zəhərləyib. Bu çətin vaxtda dövlətlərimizin sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bəli, biz bir-birimizdən iqtisadi potensialımıza, tarixi dünya görüşümüzə görə fərqlənirik. Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, geosiyasi dünya görüşümüzə görə də bir-birimizdən fərqlənirik. Lakin başlıcası odur ki, ölkələrimizin xalqları sülh şəraitində yaşamağı arzu edir, bir-biri ilə dostluq etmək istəyir. Bu, Birlik ölkələrinin dövlət başlılarının üzərinə böyük məsuliyyət yükü qoyur. Əsas vəzifəmiz xalqlarımızı ayıra bilən vəziyyətə gətirib çıxarmağa imkan verməmək, xalqlarımızın əməkdaşlığının yollarını axtarıb tapmaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR