Qondarma rejimin nümayəndələrinin səfərlərinə görə xarici dövlətlərə verilən notaların sayı açıqlanıb

Qondarma rejimin nümayəndələrinin səfərlərinə görə xarici dövlətlərə verilən notaların sayı açıqlanıb
  • Clock-gray 15:24
  • calendar-gray 09 Mart 2021

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin xarici ölkələrə səfərlərinin qarşısının alınması məqsədilə onların siyahısı yenilənib və müvafiq nota ümumilikdə 75 dövlətin xarici siyasət idarələrinə fərdi qaydada təqdim edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə erməni əsilli şəxslərin qanunsuz məskunlaşdırılması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT Baş katibinə, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına və müvafiq dövlətlərin xarici işlər nazirlərinə ünvanlanmış məktublar tərtib edilib, məsələ ilə bağlı faktlar toplanıb və təlimatlar verilib”, - deyə sənəddə qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər