Riqada reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib - VİDEO

Riqada reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib - VİDEO
# 06 noyabr 2020 16:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən Riqa şəhərinin altı müxtəlif səmtinin mərkəzi küçələrində yerləşən böyük ölçülü reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.

Bu barədə APA-ya Azərbaycanın Latviyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, həmin məlumatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır!” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR