Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib - VİDEO

Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib - VİDEO
  • Clock-gray 12:12
  • calendar-gray 04 Yanvar 2021

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: “Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”. 

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.

apa-logo-mini

Digər xəbərlər