Rusiya MN Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işi ilə bağlı məlumat yayıb

Rusiya MN Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işi ilə bağlı məlumat yayıb
  • Clock-gray 11:51
  • calendar-gray 04 Fevral 2021

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin şəxsi heyəti tapşırıqları icra etməkdədir.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə etməklə atəşkəs rejiminə nəzarəti həyata keçirirlər.

“Birgə Mərkəzin hərbçiləri fasiləsiz olaraq pilotsuz uçuş aparatlarından idarəetmə məntəqəsində təsvirləri qəbul edirlər, harada ki, bütün hərbi texnikanın yerləşməsi, şəxsi heyəti, eləcə də tərəflərin təmas xəttində bütün kəsişmə faktları qeyd olunur. Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl etməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxır”, - deyə qeyd olunub.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi yanvar ayının 30-da fəaliyyətə başlayıb.

Fərid Əkbərov

Digər xəbərlər