Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
# 13 iyul 2020 14:07 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlıq keçirir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR