Rusiya XİN: Üçtərəfli bəyanatlara əsasən regiona dinc həyat qayıdır

Rusiya XİN: Üçtərəfli bəyanatlara əsasən regiona dinc həyat qayıdır
  • Clock-gray 18:42
  • calendar-gray 18 Fevral 2021

Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən regiona kollektiv səylərlə dinc həyat qayıdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bunun üçün həm Azərbaycanın, həm Ermənistanın, eləcə də qonşu region ölkələrinin vahid mövqedən çıxış etməlidirlər.

“Dağlıq Qarabağda son günlərdə vəziyyət stabildir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Rusiya sülhməramlıları 27 postda müşahidə aparır”, - deyə M. Zaxarova vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər