Rusiya XİN başçısının müavini İtaliya səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya XİN başçısının müavini İtaliya səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 30 oktyabr 2020 15:11 (UTC +04:00)

Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko İtaliyanın Rusiyadakı səfiri Paskuale Terraççano ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, İtaliya ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR