Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”

Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
# 01 dekabr 2020 11:47 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda işçilərinin sayını 400 nəfərə çatdırmaq niyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bu gün BQXK münaqişə yerində fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilatdır. Təşkilat işçilərinin sayını 400 nəfərə çatdırmağı planlaşdırır. BQXK missiyasının əməkdaşlarının vəzifələri arasında hərbi əsirlərin mübadiləsi, həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi var. Rusiya sülhməramlılarının köməyi ilə tərəflər arasında meyitlərin mübadiləsi üzərində iş artıq gedir”, - deyə rusiyalı diplomat vurğulayıb.

M. Boçarnikov qeyd edib ki, səfirlik Dağlıq Qarabağ məsələsi kontekstində BQXK-nın Bakıdakı nümayəndəliyi ilə sıx əlaqə saxlayır.

Rusiyalı diplomat bölgədə aktiv döyüşlər dayandırıldıqdan sonra ölkəsinin münaqişə tərəflərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyan etdiyini bildirib: “Bu cür yardımlar artıq çatdırılıb. Noyabrın 21-dən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə iki dəfə humanitar yardım göndərib. Rusiya sülhməramlılarının vəzifəsi də humanitar məsələlərin həllinə kömək etməkdir”.

M. Boçarnikov BMT-nin təşkilatlarının Dağlıq Qarabağda olması ehtimalının da nəzərdən keçirildiyini qeyd edib: “UNESCO-nun baş direktorunun təşkilatın oradakı fəaliyyət dairəsini müəyyənləşdirmək üçün bölgəyə ekspert missiyası göndərmə təşəbbüsü ilə bağlı açıqlaması gəlib. Biz UNESCO-nun bu hərəkətini alqışlayırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR