Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə ediblər
  • Clock-gray 22:32
  • calendar-gray 22 Dekabr 2020

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı nəzərdən keçiriblər.

Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl ümumilikdə icra olunduğunu qeyd edib. Rus sülhməramlılarının "Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş" vurğulanıb.

Prezidentlər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Putin və Makron bundan başqa Ukrayna münaqişəsini, Suriya və Liviya böhranını da müzakirə ediblər.

Fərid Əkbərov

Digər xəbərlər