Rusiyalı həmsədr Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işçi qrupun yaradılmasına münasibət bildirib

Rusiyalı həmsədr Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işçi qrupun yaradılmasına münasibət bildirib
# 11 noyabr 2020 00:51 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun əvəzinə hansısa ikitərəfli formatların yaradılması barədə Rusiya Xarici İşlər Nazirliyinə heç nə məlum deyil.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk Qrupu ilə paralel fəaliyyət göstərəcək işçi qrupun yaradılmasına münasibət bildirən rusiyalı həmsədr prezidentlərin danışıqlarının məzmunu barədə birbaşa iştirakçılardan soruşmağın daha yaxşı olduğunu söyləyib: "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bu il 9 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların əsasını təşkil edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas prinsiplərin inkişafına mühüm töhfə verən ATƏT-in Minsk Qrupu həmsədrlərinin bitərəf rolundan çıxış etməyə davam edirik. Əldə edilmiş razılaşmaların Dağlıq Qarabağ ətrafındakı böhranın ədalətli əsasda və erməni və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq uzunmüddətli və tam formatlı nizamlanma üçün lazımi şəraiti yaradacağı qənaətindəyik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR