Rza Deqqəti: "Qarabağ müharibəsində gördüklərimi unuda bilmirəm"

Rza Deqqəti: "Qarabağ müharibəsində gördüklərimi unuda bilmirəm"
# 26 fevral 2021 11:02 (UTC +04:00)

"Qarabağ müharibəsində gördüklərimi unuda bilmirəm, gördüklərim hələ də xatirəmdə canlanır".

APA-nın xəbərinə görə, bunu məşhur fotojurnalist Rza Deqqəti ADA Universitetində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbirində çıxışında deyib.

Yanvar faciəsində Azərbaycana gəldiyini xatırladan fotojurnalist həmin dövrdə bura, Bakıya xarici jurnalistin gəlməsinin çox çətin olduğunu deyib: "Yanvar faciəsindən sonra 1992-ci ildə müharibənin başladığını, Xocalı qırğını barədə eşitdim və yenidən Azərbaycana gəldim. Vəziyyətinin necə ağır olduğunu gördüm. Yüz minlərlə qaçqın və məcburi köçkün gördüm. Onlar ac idi, evsiz idi, onlar evlərindən torpaqlarından məcburi çıxarılmışdı".

Müharibə dövründə çəkdiyi fotoları təqdim edən fotojurnalist bu fotolar barədə, onların tarixi barədə məlumat verib. R.Deqqəti həmin dövrdə müharibə əsirlərinin dəyişdirilməsi prosesində iştirak etdiyi deyib.

O bildirib ki, erməni və azərbaycanlı əsirlərinin dəyişdirilməsi zamanı həmin əsirləri görərkən əsirlik dövründə onlara qarşı davranışdakı fərqi görmək çətin deyildi: "Mən Ermənistanın qaytardığı azərbaycanlı əsirlərin vəziyyətini, onların travmasını gördüm".

Fotojurnalist həmçinin bildirib ki, o bir sıra münaqişələrdə Burundi, Livan, İran-İraq, Balkan müharibələrində olub: "Lakin mən burda gördüklərimi hələdə xatırlayıram, bu faciəli idi".

Xocalı faciəsini xatırlayan fotojurnalist deyib ki, azərbaycanlıların cəsədlər tanınmaz hala salınmışdı, onlara işgəncə verilmişdi.

O, belə fotoların beynəlxalq məhkəmələrə təqdim olunmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalı olduğunu deyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR