Sergey Şoyqu Qarabağda atəşkəsə nəzarət məqsədi ilə yaradılacaq Rusiya-Türkiyə birgə monitorinq mərkəzi haqqında danışıb

Sergey Şoyqu Qarabağda atəşkəsə nəzarət məqsədi ilə yaradılacaq Rusiya-Türkiyə birgə monitorinq mərkəzi haqqında danışıb
# 20 noyabr 2020 21:46 (UTC +04:00)

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırırlar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

"Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivəsində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır", - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR