Səfir: “ABŞ Rusiya ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması sahəsində əməkdaşlıq edir”

Səfir: “ABŞ Rusiya ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması sahəsində əməkdaşlıq edir”
# 30 yanvar 2021 14:44 (UTC +04:00)

“ABŞ Rusiya ilə Dağlıq Qarabağ məsələsinin nizamlanması sahəsində əməkdaşlıq edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan “Dojd” telekanalına müsahibəsində bildirib.

O, ölkəsinin Rusiya ilə Dağlıq Qarabağ, Ukrayna, Liviya, Koreya yarımadasının nüvəsizləşdirilməsi problemləri sahəsində əməkdaşlıq etdiyini və dialoqu davam etdirmək niyyətində olduqlarını söyləyib.

Amerikalı diplomatın sözlərinə görə, bir müddət əvvəl o və fransalı həmkarı Rusiya Xarici İşlər Nazirliyində brifinqdə olublar: “ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrləridir. Brifinqdə bizi Dağlıq Qarabağdakı hadisələrlə və Azərbaycan və Ermənistan arasındakı bitən münaqişə ilə bağlı məlumatlandırdılar. Bu, ABŞ-ın Rusiya hökuməti ilə əməkdaşlıq sferasına dair bir nümunədir. İndiki halda Fransa hökuməti ilə Minsk Qrupunun həmsədri kimi biz bu məsələ ilə bağlı əməkdaşlığımızı davam etdirmək istəyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR