Səfir Qross: "Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır"

Səfir Qross: "Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır"
# 04 dekabr 2020 10:58 (UTC +04:00)

"Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır".

APA-nın xəbərinə görə bunu, Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında yazıb.

"Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır", - deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR