Səfir: "Türkiyə haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq"

Səfir: "Türkiyə haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq"
# 17 oktyabr 2020 17:24 (UTC +04:00)

"Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq".

APA-nın xəbərinə görə, bunu diplomatik korpus nümayəndələrinin Gəncəyə səfəri zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bu günlərdə Azərbaycan öz torpaqlarını azad etmək üçün beynəlxalq hüquqa, müharibə hüququna, əsgəri hüquqa, humanitar hüquqa uyğun bir şəkildə son dərəcə legitim bir mücadilə aparır. Bu gün Azərbaycan ordusunun əldə etdiyi zəfərlərlə, azad etdiyi şəhərlərlə bizlər də qurur duyuruq. Fəqət qarşımızda çox təəssüf ki, insanlıqdan nəsibini almamış, xain, təcavüzkar bir qrup var. Əlbəttə ki, onlara da lazımi dərslər veriləcək. Ancaq bu müharibədə şübhəsiz ki, Gəncənin ayrı bir tarixi olacaq. Bu müharibənin tarixi yazılarkən Gəncənin və digər Azərbaycan şəhərlərinin məruz qaldığı hücumlar barəsində ayrı bir səhifə yazılacaq. Bu günə qədər verdiyimiz şəhidlərimizin bu səhifədə xüsusi bir yeri olacaq. Mən bütün şəhidlərimiz üçün, Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda Goranboyda xaincə, alçaq bir şəkildə hücumların qurbanı olan qardaşlarımız üçün bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılarımıza şəfalar diləyirəm. Qeyd etmək istəyirəm ki, Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq", - deyə türkiyəli diplomat bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR