Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
# 23 yanvar 2020 14:11 (UTC +04:00)

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.

“Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR