Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bəyan edib

Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bəyan edib
# 15 iyul 2020 15:55 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi notada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın son təxribatı ilə bağlı elan etdiyi mövqeyinin bütün müsəlman dövlətlərinin mövqeyini ifadə etdiyi bildirilib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də paylaşım edib.

Qeyd olunub ki, səfirlik Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bir daha bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR