Şuşanın işğaldan azad olunması Ankarada da qeyd edilib - FOTO

Şuşanın işğaldan azad olunması Ankarada da qeyd edilib - FOTO
# 08 noyabr 2020 21:48 (UTC +04:00)

Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi Ankarada bayram ovqatı ilə qeyd edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, əvəllcə Azərbaycanın Türkiyədəki Səfirliyi önündə toplaşan insanlar qələbə şüarları səsləndiriblər, musiqinin müşayiəti ilə rəqs ediblər.

Daha sonra Heydər Əliyev parkına istiqamət alan, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı 100-dək avtomobil karvanı paytaxt Ankara boyu zəfər yürüşü edib. Təntənəli aksiya Ankarada ictimaiyyətin rəğbəti və alqışları ilə qarşılanıb.

Qeyd edək ki, tədbir Azaflı Sosial Yardım və Kültür Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR