TBMM: ABŞ senatorlarının Ermənistanı qınamaq yerinə Azərbaycanla Türkiyəni tənqid etməsi təəccüblüdür

TBMM: ABŞ senatorlarının Ermənistanı qınamaq yerinə Azərbaycanla Türkiyəni tənqid etməsi təəccüblüdür
# 12 fevral 2021 12:44 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP, CHP, MHP və İYİ Partiyadan olan ümumilikdə 87 millət vəkili 54 senatorun ABŞ Prezidenti Co Baydenə insan hüquqları məsələsində Türkiyəyə təzyiq etməsinə dair məktubu ilə bağlı etiraz bəyanatı yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda bildirilib ki, senatorların Türkiyənin daxili və xarici siyasətini hədəf alan məsuliyyətsiz ittihamları ABŞ və NATO ilə strateji müttəfiqlik ruhuna uyğun deyil.

“Senatorlar FETÖ terror təşkilatı və ya Türkiyəyə zərər vermək istəyən digər terror təşkilatları ilə apardığımız mübarizəni tənqid etmək yerinə müttəfiqlərinə dəstək verməlidirlər. Bundan başqa, Yaxın Şərqdə sülh və sabitlik istəyənlər Türkiyədə 40 min vətəndaşı qətlə yetirən PKK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-yə qarşı apardığımız mübarizənin İŞİD-ə qarşı mübarizə qədər vacib və haqlı olduğunu da görməlidirlər.

Eyni zamanda, senatorların məktubunda 30 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsində təsbit edilən, Xocalı başda olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq yerinə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı və beynəlxalq hüququn tələbinə uyğun olaraq onun yanında duran Türkiyəni tənqid etməsini təəccüblə qarşıladıq. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışarkən senatorların əks mövqe nümayiş etdirməsi heyrətləndiricidir”, - deyə bəyanatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR