TBMM-də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri barədə məruzə hazırlanacaq

TBMM-də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri barədə məruzə hazırlanacaq
  • Clock-gray 18:44
  • calendar-gray 19 Oktyabr 2020

"TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacaq”.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Baş Nazir Əli Əsədovla görüşündə deyib.

M. Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib: “Hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırıram. TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarınnı araşdırılır və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacaq”.

Firuzə Vahid

Digər xəbərlər