Tsereteli: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”

Tsereteli: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
  • Clock-gray 14:05
  • calendar-gray 05 Dekabr 2019

 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Giorgi Tsereteli ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT məkanında mövcud olan münaqişələr təhlükəsiz Avropa baxışına təhlükə törədir.

“Xüsusilə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması baxımından bizim daha optimist işarələrə ehtiyacımız var. Təhlükəsiz Avropa baxışı üçün təhlükə törədən böyük ayrılıqların həllində çoxtərəflilik önəmli vasitədir”, - deyə G. Tsereteli qeyd edib.

 

Səid Babazadə

Digər xəbərlər