Tural Gəncəliyev: “Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır”

Tural Gəncəliyev: “Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır”
  • Clock-gray 12:07
  • calendar-gray 26 Noyabr 2019

Tural Gəncəliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icması ilə danışıqlara hazır olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri T. Gəncəliyev jurnalistlərə açıqlamasında bildirib ki, belə bir təklif olarsa icma qarşı tərəflə dialoq apara bilər.

“Jurnalistlərin qarşılıqlı səfərləri danışıqlar prosesi üçün də çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə, dialoqlara hazırıq və bu təklifi dəstəkləyirik”, - deyə icma sədri qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date