Tural Gəncəliyev: “Danışıqlarda irəliləyiş olsa, icmaların görüşü nəzərdən keçirilə bilər”

Tural Gəncəliyev: “Danışıqlarda irəliləyiş olsa, icmaların görüşü nəzərdən keçirilə bilər”
  • Clock-gray 13:07
  • calendar-gray 11 Dekabr 2019

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni İdarə Heyəti seçildikdən sonra həm ölkə daxilində, həm də beynəlxalq arenada məcburi köçkünlərin vəziyyəti, Azərbaycanın haqq səsinin çatdırılması ilə bağlı bir çox işlər görülüb”.

APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sentyabrdan intensivləşən beynəlxalq səfərlər çərçivəsində Polşa, Türkiyə, ABŞ və Belçikada səmərəli görüşlər keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədri ilə il ərzində iki dəfə görüş keçirildiyini xatırladan icma sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının konstruktiv mövqeyi ilə tanış olmalıdır.

Əgər gələcəkdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən isə heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir”, - deyə T. Gəncəliyev vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date