Türk Şurası Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyir

Türk Şurası Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyir
# 31 mart 2021 18:53 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın müharibə nəticəsində dağıntılara məruz qalan ərazilərinin yenidən inşası və inteqrasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəydir.

APA-nın məlumatına görə, bu, bu gün Türk Şurasına üzv dövlətlərin liderlərinin videokonfrans formatında keçirilmiş qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul edilən bəyanatda əksini tapıb.

Bəyanatda bildirilib ki, Türk Şurası Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir.

Bəyanatda o da qeyd edilib ki, Türk Şurası Türk Dünyasının dəyərlərinin və maraqlarının bölgə və beynəlxalq miqyasda daha çox tanıdılması və dəstəklənməsindəki rolunu artırmaq niyyətindədir.

Sənəddə Qazaxıstanın Türküstan şəhəri Türk Dünyasının mənəvi paytaxtlarından biri elan edilib, Türk Dünyasının digər məşhur qədim şəhərlərinə də rotasiya qaydasında bənzər statusun verilə biləcəyi vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR