Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər - YENİLƏNİB-1

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri  Ağdam şəhər Cümə məscidini ziyarət ediblər - YENİLƏNİB-1
# 11 aprel 2021 12:35 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Ağdama səfərləri davam edir.

APA-nın məlumatına görə, Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri ermənilərin məsciddə törətdikləri vandallığın şahidi olublar.

***

saat 12.18

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

APA-nın məlumatına görə, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda tərətdiyi vandallığı öz gözləri ilə görüblər.

***

saat 11.23

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR