Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti müzakirə ediləcək
# 29 mart 2021 17:27 (UTC +04:00)

Martın 30-da Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, iclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.

İclasda Egey, Şərqi Aralıq dənizi və Kiprdə mövcud vəziyyət, Türk ordusunun Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə məsələlərinin müzakirə edilməsi gözlənilir.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də iclasda müzakirə ediləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR