Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
# 26 yanvar 2021 13:02 (UTC +04:00)

Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

APA-nın yerli bürosunun xəbərə görə, iclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.

Bu il ilk dəfə keçiriləcək iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir.

Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizləri ilə bağlı aparılan kəşfiyyat danışıqları da iclasda müzakirə ediləcək prioritet məsələlərdəndir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR