Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
# 26 fevral 2021 12:21 (UTC +04:00)

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında bildirilib.

“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR