Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi

Türkiyə XİN: Azərbaycan Vətən müharibəsində qələbəsi ilə türkdilli dövlətlərin gücünü dünyaya göstərdi
# 24 fevral 2021 16:47 (UTC +04:00)

“Artıq türkdilli dövlətlər güclüdür. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan bunu bütün dünyaya göstərdi".

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Bu zəfər Azərbaycanın olduğu qədər bizim də zəfərimizdir. Eyni zamanda, bu onu göstərir ki, birlikdə öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, - deyə XİN başçısının müavini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR