Türkiyə XİN başçısı: “Həddini aşan Ermənistan bu dəfə döyüş meydanında cavabını almaqdadır”

 Türkiyə XİN başçısı: “Həddini aşan Ermənistan bu dəfə döyüş meydanında cavabını almaqdadır”
# 27 sentyabr 2020 19:53 (UTC +04:00)

“Ermənistan yenə həddini aşıb. Bu dəfə cavablarını döyüş meydanında almaqdadırlar. Can Azərbaycan ilə döyüş meydanında və danışıqlar masasında birlikdəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Cavuşoğlu "Twitter"də bildirib.

M. Cavuşoğlu qeyd edib ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar davam edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR